Events

11 Feb
-
15 Feb
Litva və Latviyaya təlim səfəri

11-15 fevral 2019-cu il tarixlərində benefisiar ölkənin 7 nəfər rəsmisi üçün Litva və Latviyaya tədris səfəri təşkil olunacaqdır. Səfərin məqsədi bu ölkələrdəki səriştə əsaslı təhsil sistemində mövcud qabaqcıl təcrübə ilə tanışlıqdır. Tədris səfəri çərçivəsində benefisiar ölkənin nümayəndələri Litva və Latviyanın təhsil nazirliklərinə, keyfiyyət təminatı agentliklərinə, işəgötürənlər assosiasiyalarına və universitetlərə səfər edəcəklər. Səfərin əsas hissəsi kompetensiyalara əsaslanan təhsil standartlarının hazırlanması və həyata keçirilməsi üzrə öncül təcrübələrin paylaşılmasına, üstün və zəif cəhətlərin təqdimatına və ali təhsil məkanının tərəfdaşlarının bu istiqamətdə qarşılaşdıqları çətinliklərə həsr ediləcək. Tədris səfərinin sonuncu günü həmin ölkələrin ekspertləri ilə birlikdə yekun görüş keçiriləcək. Bu görüşdə Azərbaycanda kompetensiyalara əsaslanan təhsil standartlarının hazırlanması ilə bağlı görülən işlər müzakirə ediləcəkdir.