News

10 Dec
Tvinninq layihəsinin mətbuat nümayəndələri üçün brifinqi keçirilmişdir

6 dekabr 2019-cu il tarixində Avropa İttifaqının Bakı Nümayəndəliyi tərəfindən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin mətbuat nümayəndələri üçün brifinqi keçirilmişdir.

Brinfinqdə 20-ə yaxın mətbuat orqanı və televiziya kanalını ("APA" informasiya agentliyi, CBC TV, ASAN Radio, "Trend" informasiya agentliyi, “Kaspi” qəzeti, “Ayna” qəzeti və digərləri) təmsil edən mətbuat nümayəndəsi iştirak etmişdir.

Avropa İttifaqı Nümayəndəliyinin Əməkdaşlıq bölməsinin rəhbəri Simona Qatti tədbiri giriş nitqi ilə açaraq tədbir iştirakçılarını Tvinninq layihəsinin məqsədləri barədə məlumatlandırmışdır.

Daha sonra Tvinninq layihəsinin Rezident Tvinninq Müşaviri Elizaveta Bıdanova layihə barədə təqdimatla çıxış etmiş, bu günə qədər layihə çərçivəsində görülmüş işlərlə bağlı ətraflı məlumat vermişdir.

Öz növbəsində, Təhsil Nazirliyinin Ali təhsil sektorunun müdiri Yaşar Ömərov layihənin Azərbaycan ali təhsil sistemi üçün nə kimi təsirə malik olması barədə jurnalistlərin çoxsaylı suallarını, eləcə də ümumilikdə ölkənin ali təhsil sistemi barədə jurnalistləri maraqlandıran digər sualları cavablandırmışdır.