News

14 Oct
Təlim nəticələrinin yazılması üzrə missiya həyata keçirilmişdir

Ali təhsilin gücləndirilməsinə dəstək Tvinninq layihəsi çərçivəsində 7-11 oktyabr 2019-cu il tarixində növbəti missiya həyata keçirilmişdir.

“İnnovativ tədris, təlim və qiymətləndirmə metodlarına, o cümlədən tələbələrə əsaslanan kurikulumların praktikada tətbiqini təmin etmək məqsədi ilə kreditlərin təlim nəticələri və tələbə yükünə əsaslanaraq paylanılmasına dair təlimlərin keçirilməsi” adlı 2.3 saylı Fəaliyyət çərçivəsindəki missiya Riqa Texniki Universitetinin Materialşünaslıq və Tətbiqi Kimya Fakultəsinin professoru Mara Jure tərəfindən həyata keçirmişdir.

Missiyanın məqsədi pilot universitetlərin professor-müəllim heyəti üçün təlim nəticələrinin yazılması və qiymətləndirilməsi sahəsində təliminin keçirilməsi olmuşdur.

Keçirilən seminarlarda Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Neft və Sənaye Universitetinin nümayəndələri iştirak etmişlər.

Təşkil olunan seminarlar zamanı Tvinninq layihəsinin eksperti təlim nəticələrinin yazılması və qiymətləndirilməsi sahəsində qabaqcıl Avropa təcrübələrini pilot universitetlərin akademik heyəti ilə bölüşmüşdür.

Seminarlarda ümumilikdə 50-ə yaxın professor-müəllim heyəti iştirak etmişdir.