News

08 Feb
Proqram akkrediyasiyası üzrə yeni çərçivə sənədi universitetlərlə müzakirə olunub

4-8 fevral 2019-cu il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində ölkəmizə Litvanın Vilnüs Gediminas Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Nora Skaburskiene və Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin (QAHE) direktor müavini Yolanta Silka səfər etmişlər.    

Missiyanın məqsədi Akkreditasiya və Nostrifikasiya İdarəsinin, eləcə də ali təhsil müəssisələrinin akkreditasiya sahəsində potensialının artırılması məqsədi ilə seminarların keçirilməsi və daha əvvəlki missiyalar çərçivəsində Tvinninq ekspertləri tərəfindən proqram akkreditasiyası üzrə hazırlanmış meyarlar və göstəriciləri ATM nümayəndələri ilə müzakirə etmək olmuşdur.

Missiya çərçivəsində layihənin pilot universitetləri olaraq seçilmiş Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qeyd olunan universitetlərin, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin nümayəndələri üçün proqram akkreditasiyası mövzusunda seminarlar keçirilmiş və proqram akkreditasiyası sahəsində Avropa təcrübəsi seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.

Seminarlar zamanı eləcə də layihənin ekspertləri və Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları tərəfindən birgə işlənib hazırlanmış Proqram Akkreditasiyası üzrə Meyarlar və Göstəricilər adlı sənəd layihəsi universitet nümayəndələri ilə müzakirə edilmiş və onların yeni hazırlanmış sənədl bağlı fikirləri və təklifləri öyrənilmişdir.

Keçirilmiş seminarlarda beş pilot universitetdən ümumilikdə 60-dan çox nümayəndə iştirak etmişdir.


Bundan başqa, missiyanın zamanı ekspertlər tərəfindən ali təhsil müəssisələri üçün “Təlim Nəticələrinin Yazılması üzrə Təlimatlar” adlı sənəd də işlənib hazırlanmışdır.