News

10 Jun
Kompüter elmləri üzrə dövlət standartının yeni variantı hazırlanacaq

             3-7 iyun 2019-cu il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

             Tvinninq layihəsinin “Prioritet sektorlar üzrə pilot təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə təkmilləşdirilməsi” adlı ikinci komponenti  çərçivəsində ölkəmizə Fransanın Strasburq Universitetinin professoru Pierre Collet səfər edib.

           Missiyanın məqsədi Kompüter elmləri ixtisası üzrə dövlət standartının yenidən nəzərdən keçirilməsi və missiyanın sonunda bu ixtisas üzrə dövlət standartının yenilənmiş variantının hazırlanması olmuşdur.

           Bu məqsədlə bu ixtisasın tədris olunduğu universitetlərin və AMEA İdarəetmə Sistemləri İnstitutunun nümayəndərinin, eləcədə ölkənin aparıcı telekommunikasiya şirkətlərinin (Azerfon MMC, R.İ.S.K., Azerconnet MMC) nümayəndələri ilə görüş keçirilib. Keçirilən görüş zamanı yenilənəcək dövlət standartla bağlı müxtəlif maraqlı tərəflərin rəyləri və təklifləri öyrənilib.

          Missiyanın sonunda aparılan müzakirələrin nəticəsi olaraq Kompüter elmlərin ixtisası üzrə dövlət standartının yenilənmiş variantını hazırlanmış və Təhsil Nazirliyinin Ali Təhsil şöbəsinin nümayəndələri ilə müzakirə olunmuşdur. Yenilənmiş standartın nəzərdən keçirilməsi məqsədi ilə sözügedən ixtisasın tədris olunduğu universitetlərə göndərilməsi nəzərdə tutulur.