News

30 Sep
Üç prioritet ixtisas üzrə təhsil proqramları nəzərdən keçirilmişdir

 

Tvinninq layihəsinin “AzKÇ nəzərə alınmaqla və kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədi ilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı 1.5 saylı Fəaliyyəti çərçivəsində 23-27 sentyabr 2019-cu il tarixlərində beşinci missiya həyata keçirilmişdir.

 

Missiya Vilnus Universitetinin professoru Dovilė Krupickaitė, Kaunas Texnologiya Universitetinin professoru Audrius Lopata və Latviya Universitetinin professoru Mariss Klavins tərəfindən həyata keçirilmişdir.

 

Bu fəaliyyət çərçivəsində həyata keçirilən beşinci missiyanın məqsədi Coğrafiya, İnformasiya Texnologiyaları və Ekologiya ixtisasları üzrə dövlət standartlarının yenilənməsi və bu sahələrdəki ixtisasların milli təsnifatının yaxşılaşdırılması üzrə tövsiyələrin verilməsindən ibarət olmuşdur.

 

Missiya çərçivəsində ekspertlər müvafiq pilot universitetlərin sözügedən təhsil proqramlarını təmsil edən akademik heyəti, işəgötürənlərin nümayəndələri, eləcə də Təhsil Nazirliyinin nümayəndələri ilə görüşlər keçirmişlər.  

 

Missiya nəticəsində ekspertlər sözügedən ixtisaslar üzrə təhsil proqramlarında əksini tapmış peşə kompetensiyalarını yeniləmiş, burada infrastruktur üzrə minimal tələbləri və məzunlar üçün potensial məşğulluq sahələrini müəyyən etmişlər.

 

Qeyd edək ki, təhsil proqramlarının yenilənməsi zamanı ekspertlər təhsil proqramlarının Tvinninq ekspertləri tərəfindən kompetensiya əsaslı yanaşmaya uyğun olaraq işlənib hazırlanmış  yeni formatından istifadə etmişlər.

 

Ekspertlər həmçinin Coğrafiya, İnformasiya Texnologiyaları və Ekologiya sahələri üzrə ixtisasların təsnifatının yaxşılaşdırılması istiqamətində tövsiyələr vermişlər.