News

21 Feb
İnnovativ təlim və qiymətləndirmə metodları mövzusunda təlimlər keçirilib

10-14 fevral 2020-ci il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.


Tvinninq layihəsinin “Prioritet sektorlar üzrə pilot təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə təkmilləşdirilməsi” adlı  ikinci komponenti  çərçivəsində ölkəmizə Litvanın Sosial Fond Agentliyinin ali təhsil üzrə eksperti İnga Juknytė-Petreikienė səfər edib.

 

Missiyanın məqsədi pilot univeritetləri təmsil edən professor-müəllim heyətinin nümayəndələri üçün İnnovativ təlim, tədris və qiymətləndirmə metodları” mövzusunda təlimin təşkil edilməsi olmuşdur.

 

Missiya çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinində təşkil olunmuş 3 günlük təlimlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universitetini təmsil edən nümayəndələr iştirak etmişdir.

 

Təlim zamanı litvalı ekspert hal-hazırda Avropa Ali Təhsil Məkanından istifadə olunan müxtəlif tədris metodları, eləcə də qiymətləndirmə metodlarını təlim iştirakçılarının diqqətinə çatdırmış, müxtəlif praktiki məşğələlər və simulyasiya yolu ilə təlim iştirakçılarının həmin metodları mənimsəməsinə şərait yaratmışdır.

 

Ümumilikdə, 3 günlük təlimdə altı pilot universitetdən 35-ə yaxın müəllim iştirak etmişdir.

Təlimlərin sonunda bütün iştirakçılara sertifikatlarlar təqdim olunmuşdur.