News

03 May
Pilot ATM-lərlə özünütəhlil hesabatlarının ilkin variantı müzakirə olunub

29 aprel-3 may 2019-cu il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində ölkəmizə Litvanın İdarəetmə və İqtisadiyyat Universitetinin (ISM University of Economic and Management) Keyfiyyət Mərkəzinin direktoru Yolita Butkiene və həmin ölkənin Vilnüs Gediminas Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nora Skaburskiene səfər etmişlər.  

Missiyanın məqsədi pilot olaraq seçilmiş ali təhsil müəssisələrinin özünütəhlil hesabatının yazılması prosesində dəstəklənməsi olmuşdur.  

Missiya zamanı layihə çərçivəsində pilot olaraq seçilmiş ali təhsil müəssisələrində Təbiət ixtisasları, Texniki və Texnoloji ixtisaslar və Pedaqoji ixtisaslar qrupundan pilot olaraq seçilmiş təhsil proqramları üzrə (kimya mühəndisliyi, kompüter mühəndisliyi, Fizika, Kompüter elmləri, Xarici Dil Müəllimliyi, İnformatika/Riyaziyyat müəllimliyi) özünütəhlil hesabatlarının yazılmasına cəlb olunmuş universitet nümayəndələrinin iştirakı ilə seminarlar təşkil edilmiş, hesabatın ilkin variantının yazılması prosesində ortaya çıxan qaranlıq məqamlara aydınlıq gətirilmiş və bu mövzuda ümumi müzakirələr aparılmışdır.

Universitetlər tərəfindən yazılacaq özünü təhlil hesabatının ən son variantının iyun ayının sonlarında təhvil verilməsi gözlənilir. Hesabatın yazılmasında sözügedən universitetlərə Tvinninq layihəsinin ekspertləri və Akkreditasiya şöbəsi tərəfindən yaxından dəstək göstəriləcəkdir.