News

03 Feb
"Ali təhsil haqqında" qanun layihəsi Tvinninq eksperti tərəfindən nəzərdən keçirilib

Tvinninq layihəsinin “Tanınma üzrə hüquqi-normativ bazanın nəzərdən keçirilməsi və zəruri olduğu halda qabaqcıl Avropa təcrübələrinə uyğun olaraq düzəlişlərin edilməsi” adlı 4.3 saylı Fəaliyyəti çərçivəsində üçüncü missiya 27-31 yanvar 2020-ci il tarixlərində baş tutmuşdur.

Qeyd olunan fəaliyyət çərçivəsində Bakıya Fransanın Təhsil, idman və tədqiqat üzrə Baş İnspektorluğunun baş müfəttişi Marie-Odile Ott səfər etmişdir.

Missiyanın məqsədi Təhsil Nazirliyi tərəfindən yeni işlənib hazırlanmış “Ali təhsil haqqında” qanun layihəsini, eləcə də “Dövlət ali təhsil standartı”nın layihəsini nəzərdən keçirmək və həmin sənədlərin qabaqcıl Avropa təcrübəsinə uyğunlaşdırılmasını təmin etmək üçün düzəlişlərin edilməsi olmuşdur.

Bu məqsədlə avropalı  ekspert Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin rəhbərliyi ilə görüşmüş və “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsini aparmışdır.

Bunda başqa, ekspert Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olmuş və universitetin rəhbərliyi ilə görüşmüşdür.

Xanım Ott həmçinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları ilə görüşlər keçirmiş və onlarla birlikdə hər iki sənəd üzərində iş aparmışdır.

Missiyanın nəticəsi olaraq, qabaqcıl Avropa təcrübələrinə uyğun olaraq düzəlişlər edilmiş sənədlər Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim ediləcəkdir.

 

 

 

 

 

 

 

 

 

 

Photos