News

15 Nov
Fizika təhsil proqramının simulyativ qiymətləndirilməsi aparılıb

12-15 noyabr 2019-cu il tarixlərində Tvinninq layihəsinin “Hər bir pilot universitetdə prioritet sahədən olan təhsil proqramının simulyativ akkreditasiyasının həyata keçirilməsi” adlanan 3.7 saylı fəaliyyəti çərçivəsində sayca ikinci missiya həyata keçirilmişdir.

Missiya Fransanın Tədqiqat və Ali Təhsilin qiymətləndirilməsi üzrə ali şurasının akkreditasiya üzrə eksperti Eliane Kotler and Strasburq Universitetinin professoru, həmin universitetin Fizika fakültəsinin dekan müavini və universitetin Fizika laboratoriyasının direktoru Philippe Turek tərəfindən həyata keçirilmişdir.  

Missiyanın məqsədi Tvinninq layihəsinin pilot universitetləri olan Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetində Fizika ixtisası üzrə tədris olunan təhsil proqramının simulyativ qiymətləndirilməsinin aparılması olmuşdur.

Yuxarıda adı qeyd olunan təhsil proqramının simulyativ qiymətləndirilməsinə cəlb olunmuş ekspert qrupu iki sahə ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), iki keyfiyyət təminatı ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), bir tələbə və bir işəgötürəndən təşkilatın nümayəndəsindən ibarət olmuşdur.

Missiyanın ilk günü ekspertlər Təhsil Nazirliyinin Akkreditasiya şöbəsində toplaşaraq ATM-lərin Fizika proqramı üzrə təqdim etdikləri özünütəhlil hesabatlarını müzakirə etmiş, müsahiblər zamanı veriləcək sualları üzərində iş aparmış və digər lazimi hazırlıqlar aparmışlar.

Daha sonra ekspertlər hər iki universitetə bir günlük səfər etmişlər. Sahə səfərləri çərçivəsində universitetlərin rəhbərliyi, özünütəhlil hesabatını hazırlayan qrupun üzvləri, tələbələr və işəgötürən təşkilatların nümayəndələri ilə müsahibələr keçirilmişdir. Ekspertlər həmçinin Fizika təhsil proqramının tədrisində istifadə olunan maddi-texniki bazanı qiymətləndirmək məqsədi ilə universitetlərin auditoriyalarına və laboratoriyalarlna baxış keçirmişlər.

Simulyativ qiymətləndirmənin nəticəsi olaraq ekspert qrupu tərəfindən hər bir pilot universitetdəki Fizika təhsil proqramı üzrə yekun qiymətləndirmə hesabatı hazırlanaraq həmin proqramın daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələr veriləcəkdir.

Simulyativ qiymətləndirmələrin aparılmasında məqsəd Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin proqram akkrediyasiyası sahəsində potensialının yaradılması və inkişaf etdiriməsidir. 

Tvinninq layihəsi çərçivəsində pilot olaraq seçilən digər təhsil proqramlarının simulyativ qiymətləndirilməsi növbəti həftələrdə davam edəcək.