13-17 may 2019-cu il tarixlərində Avropa İttifaqının “Azərbaycanda
ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində
Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.
Sözügedən layihənin “Qanunverici və
tənzimləyici çərçivəyə düzəlişlərin edilməsi ilə bağlı tövsiyələrin işlənib
hazırlanması” adlı dördüncü
komponenti çərçivəsində ölkəmizə Litvanın Ali Təhsildə Keyfiyyətin
Qiymətləndirilməsi üzrə Mərkəzinin informasiya və qiymətləndirmə üzrə
mütəxəssisi Kristina Sutkute və Fransanın Lion 2 Universitetinin professoru
Jan-Luk Lambole səfər etmişlər.
Missiyanın məqsədi ali təhsil
müəssisələrinin təhsil müddətlərinin təlim nəticələri əsasında tanınması
sahəsində təlimləndirilməsi olmuşdur.
Missiya çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət
Universitetində layihə çərçivəsində pilot olaraq seçilmiş ixtisaslarla üzrə tədrisin
təşkili ilə məşğul olan kafedraların müdirləri, fakültə dekanları və
professor-müəllim heyətinin iştirakı ilə seminarlar təşkil olunmuşdur. Seminarlar
zamanı universitet nümayəndələri xaricdə əldə olunmuş təhsil müddətlərinin fənlərin
ekvivalentliyi deyil, təlim nəticələri əsasında tanınması sahəsində təlimləndirilmiş,
belə bir praktikanın tələbələrin mobilliyinə daha geniş imkanlar yaratması
onların diqqətin çatdırılmışdır.
Bundan başqa, ekspertlər kompetensiya əsaslı təlim nəticələrinin yazılması qaydaları barədə məlumat vermiş və daha sonra professor-müəllim heyəti ilə bu tip təlim nəticələrinin yazılması ilə bağlı praktiki məşğələ aparlımışdır.
Ekspertlər eləcə də Təhsil Nazirliyinin Elm, ali və
orta ixtisas təhsili şöbəsinin əməkdaşları ilə görüşlər keçirilmiş, tələbə
mobilliyinə daha geniş imkanların yaradılması məqsədi ilə “Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili
Qaydaları”na nə kimi düzəlişlərin edilməli olduğu ilə bağlı müzakirələr
aparılmışdır.