News

04 Oct
Biologiya ixtisası üzrə dövlət standartının yenilənmiş variantı hazırlanıb

30 sentyabr - 4 oktyabr 2019-cu il tarixlərində Tvinninq layihəsinin “AzKÇ nəzərə alınmaqla və kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədi ilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı 1.5 saylı Fəaliyyəti çərçivəsində sayca altıncı missiya həyata keçirilmişdir.  

 

Missiya Fransanın Burqundiya Universitetinin professoru Michel Narce və Litvanın Avropa Sosial Fond Agentliyinin Biologiya üzrə təhsil proqramları sahəsində ixtisaslaşmış eksperti Trine Meza Johansen tərəfindən həyata keçirilmişdir.

 

Missiyanın məqsədi Biologiya ixtisası üzrə dövlət standartının yenilənməsi və bu sahədəki ixtisasların milli təsnifatının yaxşılaşdırılması üzrə tövsiyələrin verilməsindən ibarət olmuşdur.

 

Missiya çərçivəsində ekspertlər Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin professor-müəllim heyəti ilə görüşmüş, sözügedən standartın yenilənməsi ilə bağlı onların rəylərinin və təkliflərini öyrənmişlər.

 

Bundan başqa, ekspertlər Biologiya fakültəsinin maddi-texniki bazası ilə tanış olmaq məqsədi ilə Bakı Dövlət Universitetində olmuşlar.

 

Missiya nəticəsində ekspertlər Biologiya ixtisası üzrə dövlət standartında əksini tapmış peşə kompetensiyalarını yeniləmiş, burada maddi-texniki baza üzrə minimal tələbləri və məzunlar üçün potensial məşğulluq sahələrini müəyyən etmişlər.

 

Qeyd edək ki, dövlət standartının yenilənməsi zamanı ekspertlər dövlət standartlarının Tvinninq layihəsinin ekspertləri tərəfindən kompetensiya əsaslı yanaşmaya uyğun olaraq işlənib hazırlanmış  yeni formatından istifadə etmişlər.

 

Ekspertlər həmçinin Biologiya sahəsi üzrə ixtisasların təsnifatının yaxşılaşdırılması istiqamətində tövsiyələr vermişlər.