Komponentlər

Qanunverİcİlİk

Hüquqi-tənzimləyici çərçivəyə düzəlişlərə dair tövsiyələrin verilməsi

Seçilmiş ixtisasların cari Milli Təhsil Standartları nəzərdən keçirilir və tövsiyələrə əsasan təshih edilir. Cari qanunverici baza qiymətləndirilir. Layihə prinsiplərinə uyğun olaraq tənzimləyici qanunverici bazaya dəyişikliklərə dair təklif hazırlanır. 

Təhvil veriləcək məhsullar

  • Üç pilot universitetin idarəetmə sisteminin təkmilləşdirilməsinə dair təklif hazırlanır və sınaqdan keçirilir.
  • Keyfiyyət təminatı üzrə hüquqi və tənzimləyici çərçivəyə düzəlişlərə dair təklif hazırlanır.
  • İnstitusional səviyyədə tanınma qaydalarına Avropanın öncül təcrübələrinə uyğun olaraq düzəlişlər edilir və bu, təlim nəticələrinə əsaslanaraq təhsilin müəyyən hissələrinin tanınmasına imkan verir.
  • Təhsil standartları, kredit sistemi, tanınma və təhsil proqramlarının keyfiyyət təminatı üzrə hüquqi və tənzimləyici sistemə dair icmal hesabatı hazırlanır.
  • Kredit sisteinin təlim nəticələri və tələbə yükü konsepsiyasına əsaslandığını təmin etmək məqsədi ilə hüquqi sənədlərə düzəlişlərə dair təklif hazırlanır.

Fəaliyyətlər

  • Fəaliyyət 4.1
    Təhsil standartları, keyfiyyət təminatı, kreditlər və təhsilin müəyyən hissələrinin tanınması üzrə cari hüquqi normativ bazanın qiymətləndirilməsi. Əlavə 1_missiya hesabatı_4.1.2 saylı Fəaliyyət Missiya hesabatı_4.1.2 saylı Fəaliyyət Missiya hesabatı_4.1.1 saylı Fəaliyyət
  • Activity 4.2
    Pilot universitetlərdə tanınma praktikasının qiymətləndirilməsi və təlim nəticələri və Avropanın öncül təcrübələri əsasında tanınmanın əks etdirilməsi üçün dəyişikliklərə dair təkliflərin hazırlanması. Əlavə 2_missiya hesabatı_4.2 saylı Fəaliyyət Missiya hesabatı_4.2 saylı Fəaliyyət PPT_Latviyada tanınma sahəsində təcrübə PPT_Litvada diplomların tanınması praktikası PPT_Azərb.da nostrifikasiya
  • Fəaliyyət 4.3
    Tanınma üzrə hüquqi-normativ bazanın nəzərdən keçirilməsi və zəruri olduğu halda Avropanın öncül təcrübələrinə uyğun olaraq düzəlişlərin edilməsi.
  • Fəaliyyət 4.4
    Kredit sistemindəki hüquqi müddəalara düzəlişlər edərək kreditlərin təlim nəticələri və tələbənin yükünə əsaslandığının əks etdirilməsi.
  • Fəaliyyət 4.5
    Tələbələrə əsaslanan kurikulumların hazırlanmasın və nəzərdən keçirilməsini dəstəkləyən ən yaxşı yanaşmaları təmin etmək məqsədi ilə üç pilot universitetdə universitetin idarəetmə sisteminin, xüsusən tələbələrin universitetin idarəetməsində iştiraknın qiymətləndirilməsi və sistemin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması.
  • Fəaliyyət 4.6
    Tələbələrə əsaslanma anlayışının tətbiqinin təmin edilməsi üçün Avropa Ali Təhsil Məkanının Keyfiyyət Təminat üzrə Avropa Standartları və Təlimatlarına uyğun olaraq keyfiyyət təminatı hüquqi-normativ bazasıına düzəlişlər üzrə təkliflərin hazırlanması.