Komponentlər

Tələbələrə əsaslanan təLİm

Prioritet sektorlar üzrə pilot təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə yaxşılaşdırılması

Müəyyənləşdirilmiş üç prioritet sektora əsaslanaraq və əvvəlki Tempus layihələrinin nəticələrini nəzərə alaraq 4 pilot ali təhsil müəssisəsi müəyyənləşdirilir və onların prioritet sektorları əhatə edən ən azı üç kurikulumu nəzərdən keçirilir və təlim nəticələrini əhatə etməsi üçün müvafiq düzəlişlər edilir. Bu, tələbələrə əsaslanan kurikulum islahatına sistematik yanaşmanın hazırlanması vasitəsilə həyata keçirilir və bu, gələcəkdə müxtəlif çeşidli təhsil proqramları üçün istifadə edilə bilər. Tədris, təlim və qiymətləndirmə üzrə kompetensiyalara əsaslanan yanaşmaları inkişaf etdirmək üçün potensialın artırılması fəaliyyətləri keçirilir. Bu fəaliyyət TN, ali təhsil müəssisələri, tələbə nümayənndələri və əmək bazarının nümayəndələri arasında sıx əməkdaşlıq formatında aparılır. Müvəffəqiyyətlə həyata keçirildiyi halda bu, tanınmaya olan münasibəti də dəyişəcək və tanınma proseslərinin fənlərin adına deyil, təlim nəticələrini nəzərə aldığını təmin edəcək. 

Təhvil veriləcək məhsullar

  • Tanınma üzrə qaydalar hazırlanacaq.
  • Tədris, təlim və qiymətləndirmədə tələbələrə əsaslanan yanaşmalar üzrə təlim keçirilir
  • Təlim nəticələrindən istifadəyə dair metodoloji kompendium hazırlanır
  • Ən azı 12 təhsil proqramı nəzərdən keçirilir
  • Tələbələrə əsaslanan təhsil proqramı konsepsiyası hazırlanır

Fəaliyyətlər