News

26 Apr
Ali təhsil proqramlarının təsnifatı üzrə təlimatlar hazırlanıb

22-26 aprel 2019-cu il tarixlərində Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Təhsil Nazirliyində növbəti ekspert missiyası həyata keçirilmişdir.

Sözügedən layihənin “Seçilmiş Milli Təhsil Proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədi ilə yenidən hazırlanması” adlı birinci komponenti  çərçivəsində ölkəmizə Litvanın Tədqiqat və Ali Təhsilin Monitorinqi və Təhlili Mərkəzinin Ali Təhsil Siyasəti və Karyera Təhlili şöbəsinin müdiri Gintautas Yakstas səfər etmişdir.

Missiyanın məqsədi magistr səviyyəsi üzrə təhsil proqramlarının milli təsnifatının işlənib hazırlanması üzrə Avropa təcrübəsinə əsaslanan təlimatların işlənib hazırlanması olmuşdur.

Missiya çərçivəsində təşkil olunmuş seminarlar zamanı ali təhsilin bakalavr və magistr pillələri üzrə təhsil proqramlarının milli təsnifatının işlənib hazırlanması sahəsində Litva və Avropa təcrübəsi Təhsil Nazirliyinin müvafiq əməkdaşlarının diqqətinə çatdırılmış və magistr pilləsi üzrə təhsil proqramlarının milli təsnifatının işlənib hazırlanması ilə bağlı təlimatların yaradılması üzərində iş aparılmışdır.

Missiyanın sonunda ekspert hazırladığı missiya hesabatı və magistr pillələri üzrə təhsil proqramlarının milli təsnifatının işlənib hazırlanması ilə bağlı təlimatları təqdim etmişdir. 

Photos