News

16 Jun
Ali təhsil müəssisələrinin yeni akkreditasiya qaydaları nəzərdən keçirilib

10-12 iyun 2020-ci il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti ekspert missiyası həyata keçirilmişdir.

Zoom platforması üzərindən baş tutan missiya Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində baş tutmuşdur.

Onlayn missiya  Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin (QAHE) direktoru Yolanta Silka və Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin Təhsil proqramlarının qiymətləndirilməsi şöbəsinin rəhbəri Almantas Serpatauskas tərəfindən həyata keçirilmişdir.     

Missiyanın məqsədi Təhsil Nazirliyinin yeni yaradılmış Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və Lisenziyalaşdırma şöbəsi tərəfindən hazırlanmış “Ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyan qaydaları” adlı layihə sənədinin nəzərdən keçirilməsi olmuşdur.

Üç günlük missiya çərçivəsində Tvinninq layihəsinin ekspertləri və Akkreditasiya və Lisenziyalaşdırma şöbəsinin əməkdaşları arasında onlayn görüşlər keçirilmiş, sözügedən sənəd ilə bağlı müzakirələr aparılmışdır.

Missiyanın nəticəsi olaraq ekspertlər yeni akkreditaisya qaydalarının keyfiyyət təminatı sahəsində qabaqcıl Avropa təcrübəsi ilə uyğunluğunu təmin etmək üçün öz təkliflərini Akkreditasiya və Lisenziyalaşdırma şöbəsinin rəhbərliyinə təqdim etmişlər.

Photos