News

17 Jun
Fizika ixtisası üzrə standartın yeni variantı üzərində iş yekunlaşıb

10-14 iyun 2019-cu il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

Layihənin “Layihə çərçivəsində seçilmiş milli təhsil standartlarinin kompetensiyalara əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə yenidən hazırlanması”adlı birinci komponenti  çərçivəsində ölkəmizə Fransanın Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru və həmin universitetin fizika fakültəsinin dekan müavini Filip Turek səfər edib.

Missiyanın məqsədi Fizika ixtisası üzrə dövlət standartının (bakalavr və magistr pilləri üzrə) daha öncə həmin ekspert tərəfindən layihə çərçivəsində hazırlanmış yeni variantının müvafiq universitet nümayəndələri ilə birlikdə nəzərdən keçirilməsi və tamamlanması olmuşdur.  

Missiya çərçivəsidə fizika ixtisasının tədris olunduğu universitetləri (Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti)  təmsil edən professor-müəllim heyətinin iştirakı ilə seminar keçirilmişdir. Seminar zamanı sözügedən dövlət standartının yeni variantı professor-müəllim heyətinin müzakirəsinə çıxarılmış və sənədin tamamlanması məqsədi ilə onların rəy və təklifləri öyrənilmişdir.

Bundan başqa, avropalı ekspert tərəfindən Fizika üzrə ixtisasların milli təsnifatı da nəzərdən keçirmişdir.

 Missiyanın nəticəsi olaraq ekspert sözügedən standartın yekun variantını hazırlamış və gələcəkdə daha da təkmilləşdirilməsi məqsədi ilə tövsiyələr vermişdir.