News

18 Feb
Strateji inkişaf planı üzrə iş davam edir

10-14 fevral 2019-cu il tarixlərində Tvinninq layihəsinin “Ən azı 5 ölkədə (Avropa və dünya miqyasında) universitetlərin idarə edilməsi sahəsindəki mövcud qabaqcıl təcrübəyə uyğun olaraq üç pilot universitetdə idarə etmə sisteminin qiymətləndirilməsi” adlı 4.5 saylı Fəaliyyəti çərçivəsində ikinci missiya həyata keçirilmişdir.

Yuxarıda qeyd olunan missiya çərçivəsində Bakıya Kaunas Texnologiya Universitetinin professoru Jurgita Šiugždinienė səfər etmişdir.

Missiyanın məqsədi strateji inkişaf planlarının yenidən işlənib hazırlanması istiqamətində üç pilot universitetdə Tvinninq layihəsi çərçivəsində başlanmış işin davam etdirilməsi olmuşdur.

Xatırladaq ki, layihənin bu komponenti çərçivəsində ilk missiya ötən ilin axırlarında baş tutmuş və layihənin fransalı ekspertini köməkliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Universitetində cari strateji inkişaf planlarının yenilənməsi, eləcə də qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq yeni planların işlənib hazırlanması istiqamətində iş başlanmışdır.


Missiya çərçivəsində ekspert daha öncə yuxarıda qeyd olunan sənədin universitetlər tərəfindən hazırlanmış ilkin variantını, xüsusilə universitetlərin müxtəlif inkişaf sahələri üzrə işlənib hazırlanmış göstərcilərini nəzərdən keçirmişdir. Daha sonra litvalı ekspert ayrı-ayrılıqda universitetlərin hər birində səfər etmiş, universitetlərin strateji planların yenilənməsinə cavabdeh olan işçi qruplarları ilə görüşmüş və hazırlanmış planların daha da təkmilləşdiriməsi məqsədi ilə tövsiyələrini vermişdir.

 

Layihənin növbəti aylarında bu istiqamətdə başlanmış işin davamı olaraq daha bir ekspert missiyasının təşkili nəzərdə tutulub.    

Photos