Layihənin başlıca məqsədi Azərbaycan ali təhsil sistemini kompetensiyalara əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdir.
Layihənin hədəfi Avropa Ali Təhsil Məkanının prinsiplərinin, mexanizmlərinin, alətlərinin və siyasətlərinin davamlı surətdə tətbiq edilməsi məqsədi ilə Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin və Akkreditasiya və Nostrifikasiya İdarəsinin institusional potensialını artırmaq və tələbələrə əsaslanan sistemə və təlim nəticələri yanaşmasına keçidi dəstəkləməklə onların həyata keçirilməsini və tətbiqini təmin etməkdir.
Layihə Avropa İttifaqının üç ölkəsindən - Fransa, Litva, Latviya - ibarət konsorsium tərəfindən həyata keçirilir
Layihənin icra müddəti 2018-2020-ci illəri əhatə edir.
KOMPETENSİYALARA əSASLANAN TəHSİL
Layihə çərçivəsində seçilmiş Milli Təhsil Standartlarının kompetensiyalara əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə yenidən hazırlanması
TəLəBəLəRə əSASLANAN TəLİM
Prioritet sektorlar üzrə pilot təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə yaxşılaşdırılması
KEYFİYYəT TəMİNATı
Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi
QANUNVERİCİLİK
Hüquqi-tənzimləyici çərçivəyə düzəlişlərə dair tövsiyələrin verilməsi