Sosial və iqtisadi aktuallığına əsaslanaraq mövcud milli təhsil standartları müəssisələr, tələbələr, əmək bazarı kimi bütün əsas maraqlı tərəflərlə məsləhətləşərək nəzərdən keçirilir və bu proses nəticəsində ərsəyə gələn tövsiyələr əsasında təshih edilir.
Təhsil standartlarının təlim nəticələri baxımından kompetensiyalara əsaslanan yanaşmanı əks etdirməsi üçün beynəlxalq öncül təcrübəni nəzərə alan metodologiya hazırlanır. Milli təhsil standartlarının və ixtisasların təsnifatının hazırlanmasında əmək bazarı məlumatlarından istifadə ediləcək.