Events

25 Sep
25 sentyabr 2018-ci ildə layihənin təqdimat konfransı keçirilmişdir.


Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Avropa İttifaqının “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” üzrə Tvininq layihəsinin birgə təşkilatçılığı ilə 25 sentyabr 2018-ci il tarixində “Four Seasons Baku” otelinin “Rast” zalında layihənin rəsmi təqdimat konfransı keçirilmişdir.

Konfransın məqsədi yerli ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin məqsədləri, məzmunu və əsas gözləntiləri barədə məlumatlandımaqdan ibarətdir.

Təqdimat konfransında yerli ali təhsil müəssisələrinin və müvafiq nazirliklərin rəhbər şəxsləri, Avropa İttifaqı, Fransa, Litva və Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, eləcə də layihəni Avropa İttifaqı tərəfindən idarə edən qurumların and Azərbaycan Respublikasının Təhsil Nazirliyinin yüksək rütbəli rəsmiləri iştirak etmişdir.

Bundan əlavə, tədbirdə Azərbaycanın ən böyük işəgötürənləri və tələbə ittifaqları da iştirak etmişdir.

Konfrans yerli televiziya kanallarında geniş işıqlandırılmışdır.